Bir oyunda beş hadisə
Standard – Karvan oyunu bir neçə məqamla əlamətdar oldu. Azerisport.az xəbər verir ki, “Unibank” Premyer Liqasının 31-ci turunun bu qarşılaşmasında bu mövsüm çempionatda ən böyük hesab (6:0) qeydə alındı. Buna qədər 5-ci turda İnter səfərdə Muğana 6:1 hesabı ilə qalib gələrək, bu göstəricidə rekorda imza atmışdı.
Bundan əlavə, Fərid Quliyev Anatoli Doroşdan sonra bu mövsüm poker edən ikinci futbolçuya çevrildi. Poker yalnız Quliyevin şəxsi göstəricilərini yaxşılaşdırdı və o, qollarının sayını 13-ə yüksəldərək, bombardirlərin siyahısında birinci yerə qalxdı. Komandası isə Premyer Liqanı tərk etdi.
Daha bir məqam ötən tur I divizionda yuvarlandığı məlum olan Karvanın Sumqayıta başdan-başa əvəzedici heyətin futbolçularını gətirməsi oldu.
