9 may 2010 22:48
Qurban Qurbanov: Növbədə Neftçidir - davamına baxarıq
Qurban Qurbanov XL üzərində qələbədən (2:1) sonra çempionluq iddialarının davam etdiyini xatırladıb. Azerisport.az xəbər verir ki, Qarabağın çalışdırıcısı bununla belə hər şeyin özlərindən asılı olmadığını da dilə gətirib: “Heyətdəki itkilərə rəğmən, bunu büruzə verməməyə çalışdıq. Edilən taktiki gedişlər nəticəsini verdi. Çempionluq uğrunda mübarizəni davam etdiririk. İndi Neftçini məğlub etməkdən başqa çarəmiz qalmır. Hər halda, hər şeyi bu oyunun nəticəsi həll etmir”.
