9 may 2010 22:53
Kovalyovun komandası mövsümü nəhslə başa vurdu
Türkiyə Bank Asya 1-ci liqasında mübarizəyə yekun vurulub. Azerisport.az xəbər verir ki, Kartalspor səfərdə Girəsunsporla qarşılaşıb və 2:5 hesabı ilə məğlub olub. Bu görüşdə həmyerlimiz Vitali Kovalyov meydançaya çıxmayıb. Onun adı heç iştirak ərizəsinə də salınmayıb.
Kartalspor isə 41 xalla mövsümü 13-cü yerdə başa vurub.
