9 may 2010 22:56
Ponomaryovun son 58 dəqiqəsi
Anatoli Ponomaryovun çıxış etdiyi Orduspor Türkiyə Bank Asya 1-ci liqasında gözləniləndən daha yaxşı nəticə göstərərək, 8-ci olub. Azerisport.az xəbər verir ki, son turda səfərdə Samsunsporla qarşılaşan Ordu təmsilçisi növbəti heç-heçəyə razılaşıb – 1:1. Ponomaryov start heyətində meydana çıxıb və 58-ci dəqiqədə əvəzlənib.
