9 may 2010 23:22
“Ümid edirik ki, Roşa ağıllanacaq”
İnterin baş məşqçisi Kaxaber Çxadadze Bakı ilə matçdan (0:0) sonra keçirilən mətbuat konfransına üzr istəməklə başlayıb. Azerisport.az xəbər verir ki, Bakıya ölkə kubokunun yarımfinalında məğlubiyyətdən sonra jurnalistlər önünə çıxmayan Çxadadze rəqibi təbrik etdikdən, jurnalistlərdən isə üzr istədikdən sonra matç barədə danışıb: “Yalnız qol çatışmadı. Oyundan razı qaldım. Hər halda, futbolçularım mənim tapşırıqlarımı yerinə yetirdilər”.
Braziliyalı pleymeyker Leonardo Roşanın zəif oyunu barədə sualı cavablandıran Çxadadze problemin üstünü açıb: “Onun ailə problemləri var. Nə normal məşq edir, nə də oynayır. Ümid edirik ki, ağıllanacaq”.
