10 may 2010 00:01
"Rəqib daha kəsərli görünürdü"
Bakının məşqçisi Məqsəd Yaqubəliyev İnterlə oyundan (0:0) sonra fikirlərini bölüşüb.
“İlk dəqiqələrdə üstünlük bizim tərəfdə olsa da, birinci hissənin ortalarında rəqib daha kəskin hücumlar qurdu. İnter sürətli oyun sayəsində üstünlüyü ələ aldı. Bu gün öz oyunumuzu göstərə bilmədik, buna görə də istədiyimiz nəticəyə nail olmadıq" – azerisport.az xəbər verir ki, Yaqubəliyev belə deyib.
