9 may 2010 00:04
Foqtsun diqqətini cəlb etmək üçün son şans
Bu gün Türkiyə Bank Asya 1-ci liqasında son turunda Orduspor Samsunsporun qonağı olacaq. Azerisport.az xəbər verir ki, bu, Ordu klubunun şərəfini qoruyan Anatoli Ponomaryovun Azərbaycanın yığmasının Avstriya toplanışı ərəfəsində son sınağıdır.
Xatırladaq ki, bir müddət əvvəl milli komandanın seleksiya toplanışına cəlb edilən Ponomaryovun əsas yığmaya qayıtması gündəmdədir.
