9 may 2010 00:11

XL bu gün çempion ola, Mircavadov tarixə düşə bilər

Faşizm üzərində qələbə günü Xəzər Lənkəranın da fərdi zəfər günü ola bilər. Bunun üçün çox şey tələb olunmur: Quzanlıda 3 xal və Tofiq Bəhramov adına Respublika stadionunda heç-heçə.

Qələbə gününü qeyd edib-etməmək hər birinizin şəxsi işidir. Azərbaycanda bu gün dövlət səviyyəsində qeyd olunur və təqvimdə qırmızı rənglə göstərilib. Lakin hüquqi qanundan əlavə, hər bir insanın özünün fərdi, mənəvi qanunları var. Buna görə də Şuşanın işğalının ertəsi günü qələbə barədə danışmaq olar, ya yox, bunu özünüz fikirləşin. Bununla belə, çalışın diqqətiniz yayınmasın: bu gün növbəti Azərbaycan çempionunun adı məlum ola bilər.

Azerisport.az xəbər verir ki, günün sonunda biz çempionu elan edəcəyiksə, deməli, “XL – çempion!” deyəcəyik. Bu gün üçün digər variantlar nəzərdə tutulmayıb, çünki çempionatın başa çatmasına bir tur qalmış qızıl medalları təmin etmək üçün yalnız XL-in real şansları var. Quzanlıda Qarabağ üzərində qələbə və Respublika stadionunda İnterlə Bakının duelində alınacaq bərabərlik Ağasəlim Mircavadovu 6-cı dəfə Azərbaycan çempionu edəcək. Qocaman mütəxəssis Şəmkirdən sonra Xəzər Lənkəranı da iki dəfə çempion edərək, bu göstəriciyə görə tarixə düşəcək. Kazbek Tuayev həm Turan, həm də Neftçi ilə çempion olub. Amma indiyədək Mircavadovdan başqa heç bir mütəxəssis 4 fəqli komanda (Qarabağ, Şəmkir, Neftçi və XL) ilə qızıl medallar boynundan asmayıb. İki fərqli komandanı hərəyə iki dəfə çempion etmək isə heç bir baş məşqçiyə müyəssər olmayıb. Hələ ki...

İnter və Bakı da çempion olmaq üçün qələbə qazanmalıdır. Bu o deməkdir ki, 31-ci turdan sonra ya çempion məlum olacaq, ya qızıl medallara namizədlərin sayı 2-yə enəcək, ya da ümumiyyətlə, vəziyyət bir qədər də gərginləşəcək. Qarabağın XL üzərində qələbəsi kifayətdir ki, 32-ci turda ürəkəsdirən finiş izləyək.

Digər intriqa avrokuboklara son vəsiqəni verən 4-cü yer uğrunda olacaq. Qəbələnin şansları cüzidən də cüzidir. Amma yəqin ki, Ramiz Məmmədov XL-in məhz bu tur çempion olmasını istəyir. Çünki bu halda Qarabağda evdə 3 xal itirəcək. Neftçi üzərində ev qələbəsi isə Qəbələni 5-ci yerə qaldıracaq. O halda ağdamlılarla xal fərqi 1-ə qədər azalacaq. Son turda isə hər şey ola  bilər.

Simurq, OŞ və Turana artıq heç nə lazım deyil. Muğana isə son 2 turda cəmi 2 xal lazımdır. Salyanlılar artıq bu gün planı artıqlaması ilə dolduraraq, Simurqla görüşdən 3 xal götürə bilər. Onda, əlvida, Standarda! Əks halda, Böyükağa Hacıyevin komandasının şansları qalır. Amma etiraf edək ki, çox, lap çox, olduqca... cüzi.

 

“Unibank” Premyer Liqası, 31-ci tur

QARABAĞ – XƏZƏR LƏNKƏRAN

BAKI – İNTER

QƏBƏLƏ – NEFTÇİ

TURAN – OLİMPİK ŞÜVƏLAN

MUĞAN – SİMURQ

STANDARD – KARVAN

 

Turnir vəziyyəti

İlk “altılıq”: XL – 27 xal, İnter – 25, Bakı – 24, Qarabağ – 23, Neftçi – 21, Qəbələ - 19.

İkinci “altılıq”: OŞ – 32, Simurq – 31, Turan – 25, Muğan – 24, Standard – 19, Karvan – 13.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.