9 may 2010 00:19
Bavariya 22-ci dəfə Almaniya çempionu oldu (VİDEO)
Almaniya Bundesliqasında mübarizəyə yekun vurulub. Azerisport.az xəbər verir ki, sonuncu turda Hertaya 3:1 hesabı ilə qalib gələn və xalını 70-ə yüksəldən Bavariya ikiillik fasilədən sonra yenidən gümüş camı muzeyinə aparıb. Mövsümün yekunlarına görə 65 xalla ikinci olan Şalke 04 və 61 xal yığaraq, bürünc medalları muzeyinə aparan Verder Çempionlar Liqasına vəsiqə qazanıb. Bremenlilər seçmə mərhələdən mübarizəyə qoşulacaq.
UEFA Avropa Liqasına Bayer Leverkuzen, Borrusiya Dortmund və Ştutqart vəsiqə əldə ediblər. Son çempion Volfsburq mövsümü 8-ci yerdə bitirib. İkinci bundesliqaya isə Nürnber, Bohum və Herta yollanacaqlar.
