10 may 2010 14:46
PFL-in avtobusunu millət vəkili xilas etdi (FOTO)
Bazar günündən bazar ertəsinə keçən gecə jurnalistləri Quzanlıdan Bakıya gətirən PFL-in avtobusu Dövlət Yol Polisi tərəfindən saxlanılıb. Azerisport.az xəbər verir ki, polislər bunu yeni qanunla izah edib. Məsələ ondadır ki, Nəqliyyat Nazirliyi bir neçə gündür çoxtutumlu avtomoillərin – avtobusların ölkə ərazisində gecə hərəkətinə və saat 00:00-dan sonra Bakı şəhərinə daxil olmasına qadağa qoyub. Bu səbəbdən avtobusu dayandıran polislər yalnız millət vəkili Aqil Abbasın işə qarışmasından sonra onun hərəkətinə icazə veriblər.
