10 may 2010 16:00
Karvanda boykot: klub fəaliyyətini dayandıra bilər
“Unibank” Premyer Liqasını tərk edən Karvan tarixin yaddaşına köçə bilər. Azerisport.az xəbər verir ki, bir neçə aydır məvacib almayan futbolçular məşqlərdə iştirakdan imtina ediblər. Növbəti mövsüm I divizionda çıxış etməli olan Karvanın fəaliyyətini dayandırması istisna deyil.
Qeyd edək ki, 31-ci turda Standardla oyun ərəfəsində boykot elan edən futbolçular Sumqayıta yollanmayıblar və klub rəhbərliyi səfərə əvəzedici heyətin oyunçularını göndərib. Nəticəni bilirsiniz – 0:6.
