10 may 2010 16:57
ÇSKA böyük Diniyevə də acımadı
Rusiya Premyer Liqasında 10-cu tura start verilib. Azerisport.az xəbər verir ki, səfərdə ÇSKA ilə qarşılaşan Şahin Diniyevin komandası – Terek rəqibinə 1:4 hesabı ilə məğlub olub. Hesabı qonaqlar açsalar da, fasilədən sonra hərbçilər 4 dəfə fərqlənməyi bacarıblar.
Xatırladaq ki, bir gün əvvəl baş tutan əvəzedici komandaların görüşündə də ÇSKA böyükesablı (5:1) qələbə qazanmışdı.
