10 may 2010 22:30
Azərbaycanda futbolu Ermənistandan daha ədalətli oynayırlar
UEFA illik “Fair Play” (Ədalətli Oyun) reytinqini açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan qitədə 38-ci yeri tutaraq, Rumıniya, Gürcüstan, İsrail, Malta, Ermənistan, Yunanıstan, Bosniya və Herseqovina, Makedoniya, Farer adaları, Albaniya, Çernoqoriya, San-Marino, Lixtenşteyn, Lüksemurq və Andorranı geridə qoyub. Reytinqdə ənənəvi olaraq, Skandinaviya və Yutlandiya ölkələri - İsveç, Danimarka və Norveç qalib gəliblər.
Qeyd edək ki, bu reytinqin hesablanması zamanı UEFA şübhəli bilinən oyunlardan tutmuş sarı və qırmızı vərəqələrin sayına qədər bir çox detalları nəzərə alır.
