10 may 2010 00:03
Toni Adamsın gözləri qarşısında...
Qəbələnin baş məşqçisi Ramiz Məmmədov Neftçi ilə qarşılaşmanın gedişindən razı qalıb.
"Gözəl və dürüst oyun oldu. Zədəli futbolçularımız var idi, ona görə tam istədiyimiz oyunu göstərib qalib gələ bilmədik. Pərvin Paşayevin zədəsi ona bu qarşılaşmada oynamağa imkan vermədi” – azerisport.az PFL-in rəsmi saytına istinadla xəbər verir ki, Məmmədov belə deyib.
Qeyd edək ki, Qəbələ - Neftçi görüşünü (0:0) növbəti mövsümdən Qəbələnin “sükanı arxası”na keçəcəyi gözlənilən ingiltərəli mütəxəssis Toni Adams da izləyib.
