10 may 2010 00:13
Rəşad Sadıqov davanı sakitləşdirdi (FOTO)
“Unibank” Premyer Liqasının 31-ci turunun Qarabağ – XL görüşündən sonra dava düşüb. Azerisport.az xəbər verir ki, matçdan dərhal sonra stadionda Qarabağ azarkeşləri və Ağdam polisi arasında toqquşma baş verib. Klub nümayəndələrinin, futbolçuların, xüsusilə də Rəşad Sadıqovun məsələyə qarışmasından sonra ara sakitləşib.
