Neftçi ardıcıl ikinci dəfə avrokuboklardan kənarda qaldı
“Unibank” Premyer Liqasının 31-ci turunda səfərdə Qəbələ ilə heç-heçə oynayan (0:0) Neftçinin avrokuboklardan kənarda qalması rəsmiləşib. Azerisport.az xəbər verir ki, ölkənin ən titullu klubu ardıcıl ikinci mövsüm Avropa miqyaslı yarışlara vəsiqə qazana bilməyib.
Son tur ərəfəsində 4-cü yerdə qərarlaşan Neftçinin bu cür acınacaqlı yekunla üz-üzə qalmasının səbəbi Bakının ölkə kubokunun finalına çıxmasıdır. Bu kollektiv hətta finalda məğlub olacağı təqdirdə belə, UEFA Avropa Liqasına vəsiqə əldə edəcək. Çünki onun rəqibi - XL-in ən azu bu yarışda çıxış edəcəyi artıq dəqiqləşib. Nəticədə Bakı ya ölkə kubokunun qalibi, ya da turnirin finalçısı kimi Avroliqaya çıxacaq. XL çempion olarsa, Bakı finalda yeniləcəyi təqdirdə belə ölkə kubokundan Avropaya çıxacaq və ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq
Beləliklə, son tur ərəfəsində çempion məlum olmasa da, buy ay Azərbaycanı avrokuboklarda təmsil edəcək 4 komandanın adına rəsmən aydınlıq gəlib: XL, İnter, Qarabağ və Bakı.
Neftçi isə yenə növbəti mövsümü gözləməlidir.
