10 may 2010 00:25
Premyer Liqanın köhnə-yeni sakini - MOİK
Növbəti mövsüm “Unibank” Premyer Liqasında çıxış edəcək bir komandanın adı məlum olub. Azerisport.az xəbər verir ki, mayın 9-da evdə MKT-Arazı 4:1 hesabı ilə məğlubiyyətə uğradan MOİK çempionatın başa çatmasına bir tur qalmış ilk iki yerdən birini təmin edib.
İkinci namizədin adına son turda aydınlıq gələcək. Gəncəyə MOİK-ə qoşulması üçün cəmi 1 xal kifayətdir. Bakılı isə mütləq qələbə qazanmalı və rəqibinin məğlub olmasını gözləməlidir.
