11 may 2010 14:00
Yığmada iki debütant
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts mayın 19-dan 22-dək Bakıda, mayın 23-dən iyunun 2-dək isəAvstriyanın Saynt Yohan şəhərindəkeçiriləcək təlim-məşq toplanışında iştirak edəcək futbikçuların siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Qəbələnin futbolçuları – Vurğun Hüseynov və Arif Daşdəmirov millinin heyətində ilk oyunlarını keçirə bilərlər.
Qapıçılar: Kamran Ağayev (XL), Fərhad Vəliyev (Qarabağ), Səlahət Ağayev (İnter).
Müdafiəçilər: Rəşad Sadıqov, Elnur Allahverdiyev, Maksim Medvedev (hamısı Qarabağ), Saşa Yunisoğlu (Bakı), Ruslan Abışov, Rail Məlikov (hər ikisi Neftçi), Vladimir Levin (İnter), Vurğun Hüseynov (Qəbələ).
Yarımmüdafiəçilər: Rahid Əmirquliyev (XL), Samir Abasov, Aleksandr Çertoqanov (hər ikisi İnter), Amit Quluzadə, Araz Abdullayev, Cavid Hüseynov (hamısı Neftçi), Elvin Məmmədov, Əfran İsmayılov (hər ikisi Qarabağ), Fabio Luis Ramim (Bakı), Arif Daşdəmirov (Qəbələ), Mahir Şükürov (Anji, Rusiya).
Hücumçular: Rauf Əliyev (Qarabağ), Fərid Quliyev (Standard), Vaqif Cavadov (Tvente, Hollandiya).
Qeyd edək ki, AFFA-nın rəsmi saytı Kamran Ağayevin əməliyyat olunacağı təqdirdə, onun əvəzinə Aqil Məmmədovun dəvət olunacağını yazıb.
Onu xatırladaq ki, toplanışlar çərçivəsində yığmamız mayın 26-da Moldova, mayın 29-da Makedoniya, iyunun 2-də isə Honduras yığması ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
