11 may 2010 14:08
Final 8-də başlayacaq, Bakı ev sahibi olacaq
Azərbaycan kubokunun final oyununun nominal ev sahibi komandası müəyyənləşib. Azerisport.az PFL-in rəsmi saytına istinadla xəbər verir ki, XL və Bakı klublarının nümayəndələrinin iştirakı ilə keçirilən püşkatmanın nəticəsinə görə, Bakı kubokun final oyununda nominal ev sahibi qismində çıxış edəcək.
Görüş mayın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyunun başlanma saatı - 20:00.
