11 may 2010 14:24
Vaqif Cavadovun Tventedəki gələcəyi sual altına düşür?
Tventenin baş məşqçisi Stiv Maklaren Almaniyanın Volfsburq klubu ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, bu barədə İngiltərənin “The Times” nəşri məlumat yayıb. İngiltərəli mütəxəssis yayda “canavarlar”ın “sükanı arxası”na keçəcək.
Qeyd edək ki, bu keçid Vaqif Cavadovun Tventedəki perspektivlərini zərbə altında qoya bilər. Həmyerlimizin transferinin təşəbbüskarı məhz Maklaren olmuşdu.
