11 may 2010 14:30
Vaqif Cavadov: Təəssüflənirəm, amma…
Azərbaycan yığmasının və Tventenin hücumçusu baş məşqçisi Stiv Maklarenin Volfsburqla müqavilə bağlamasını şərh edib. Azerisport.az xəbər verir ki, müxbirimizlə söhbətində 20 yaşlı hücumçu Maklarenin gedişinin onun karyerasına bir təsir göstərməyəcəyini bildirib: “Maklarenin gedişinə təəssüflənirəm, amma mən müqaviləni onunla yox, Tvente ilə bağlamışam. İnanmıram ki, bu fakt mənim karyerama hansısa formada təsir göstərsin. Yeni gələn məşqçiyə də özümü ən yaxşı tərəfdən göstərməyə çalışacağam”.
