11 may 2010 14:41
Xəzər Lənkəran Lalinlə yollarını ayıra bilər
Honduras yığmasının baş məşqçisi Reynaldo Rueda DÇ-2010-un final mərhələsində iştirak edəcək 23 nəfərlik heyəti açıqlayan ilk mütəxəssis olub. Azerisport.az xəbər verir ki, siyahıya gözlənildiyi kimi, XL-in hücumçusu Allan Lalinin adı salınmayıb.
Artıq XL Lalinlə yollarını ayıra bilər. Hər halda, bir müddət əvvəl komandanın baş məşqçisi Ağasəlim Mircavadov Lalinə DÇ-yə getməyəcəyi təqdirdə onunla vidalaşacaqlarını söylədiyini ölkə mətbuatına müsahibəsində demişdi.
