11 may 2010 15:02
Neftçi 6 legioneri məşqə buraxmadı və evə göndərdi
Neftçi daha 6 legionerlə yollarını ayırıb. Azerisport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, Adrian Nyaqa, Marian Aliuta, Suat Usta, Taavi Rahn, Valter Quqlemon və Vladimir Voskoboynikov bugünkü məşqə buraxılmayıblar. Əvəzində əvəzedici heyətdən bir neçə gənc futbolçu əsas komandaya cəlb olunub.
Xatırladaq ki, buna qədər daha 3 legioner - Vladimir Miçoviç, Nazar Bayramov və Valentin Atem də komandadan uzaqlaşdırılmışdı.
