11 may 2010 00:03
Kubok finalında avtomobil oynanılacaq
Mayın 23-də keçiriləcək Azərbaycan kubokunun finalında "Nissan Azərbaycan" şirkətinin təqdim etdiyi maşın uduşa qoyulacaq. Azerisport.az PFL-in rəsmi saytına istinadla xəbər verir ki, tərəflər arasında aparılan danışıqlar müsbət nəticələnib. Kubokun final oyununda azarkeşlər arasında keçiriləcək lotereyada sponsor "Nissan Azərbaycan" şirkəti tərəfindən təqdim edilən 1 ədəd "Nissan Sunny" avtomobili oynanılacaq.
