11 may 2010 00:08

Paradoksal və baş-ayaq çempionat

“Unibank” Premyer Liqasında keçirilən matçların maraqsızlığına, şübhəli oyunların sayına, futbolçuların səviyyəsinin aşağı olmasına, təşkilatçılıqda buraxılan kobud səhvlərin çoxluğuna toxunmayaq. Bu dəfə azerisport.az paradokslardan danışacaq. O paradokslardan ki, “Unibank” Premyer Liqasını baş-ayaq qoyur.

Saytımızn rusdilli versiyasında turun yekunlarını vuran həmkarımız “Möhtəşəm dördlük-2. Bizi təəccübləndirən beş səbəb” adlı yazısında bu məsələlərə toxunub. Amma bu sətirlərin müəllifi çox hörmət etdiyi həmkarının yazısını müəyyən ixtisar və yeni əlavələrlə sizin diqqətinizə çatdıraraq, plagiatdan kənarda gəzir. Yazının qayəsində isə hər hansı “möhtəşəm dördlük” durmur. Sadəcə, baxın və görün ki, “Unibank” Premyer Liqası nə qədər baş-ayaq çempionatdır.

Birinci məqam. Bakıya son turda məğlubiyyət qələbədən daha çox sərf edir. Niyə? Burada UEFA-nın verdiyi son qərar və Avropa Liqasının təşkili sistemi “günahkar”dır. Məsələ ondadır ki, UEFA ölkə kuboku yarışlarına azalan marağı qaytarmaq üçün güzəştə gedib və kubok qaliblərinə birinci yox, ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulmaq imkanı yaradıb. Başqa sözlə, Azərbaycan kubokunu qazanan klub UEFA Avropa Liqasının qrup mərhələsinə digər rəqiblərindən bir addım yaxın olacaq. Əlbəttə, bunun üçün onsuz da iki mərhələ adlamalısan, amma iki mərhələ üç mərhələ deyil.

Beləliklə, Bakı son turda səfərdə XL-ə qalib gələrsə, çempionluq şanslarını saxlayır. Amma onun taleyi öz əlində deyil. Çünki Qarabağ və İnterin qələbəsi kifayətdir ki, cari çempion səlahiyyətlərini təhvil versin. Bu halda Bakı yalnız Avropa Liqasına vəsiqə əldə edir ki, qaydalara əsasən də komanda mübarizəyə birinci təsnifat mərhələsindən qoşulmalıdır. Bəs ikinci təsnifat mərhələsinə mübarizəsiz çıxmaq üçün? Bu o qədər də asan olmayacaq, çünki bunun üçün Bakı ölkə kubokunun finalında da XL-i yenməlidir. Əlbəttə, bu, mümkünsüz də vəzifə deyil. Lakin asan yolu qoyub niyə çətini seçək? Ondansa, Bakı son turda XL-ə məğlub olub onu çempion edir və avtomatik olaraq, Avroliqanın ikinci mərhələsinə vəsiqə qazanır. Artıq kubokun finalında qalib gəlmək üçün əlavə tək tökmək də lazım deyil. XL Çempionlar Liqasına vəsiqəni təmin etdiyi üçün, Bakı finalçı kimi məqsədinə yetişir. Sadə və aydın.

Bizi hansısa oyunun nəticəsini əvvəlcədən müəyyənləşdirməyə sürükləməkdə günahlandırmayın. “Günahkar”lar UEFA və PFL-dir.

İkinci məqam. Qarabağ dünya futbolunun tarixinə düşə bilər. İş ondadır ki, Ağdam klubu çempion olarsa, dünya futbolunun tarixinə mənfi top fərqi ilə qızıl medal qazanan bəlkə də ilk komanda kimi keçə bilər. Bu necə olur? Hazırda Qarabağın top fərqi -2-yə bərabərdir (16:18). Son turda Neftçi üzərində minimalfərqli qələbə, İnter və XL-in xal itkisi sayəsində ağdamlıları çempion edəcək. Top fərqi isə -1-ə bərabər olacaq.

Əlbəttə, ümumilikdə keçirilən matçları, çempionatın Təsnifat mərhələsinin də nəticələrini nəzərə alsaq, Qarabağın top fərqi müsbətdir. Amma bu halda, komandanın xal hesabına görə çempion olması fakt deyil. Deməli, əsas kimi Final mərhələsinin nəticələri götürülməlidir. Burada isə analoqu olmayan hadisə yaşana bilər.

Üçüncü məqam. Mövsüm ərəfəsində heç kimə lazım olmayan forvard çempionatın bombardiridir. Əgər bu sözlərimizlə Fərid Quliyevin xətrinə dəydiksə, bizdən inciməsin. Əlbəttə, yerli, özü də yaşı çox olmayan bombardir-hücumçu bugünkü şəraitdə hamıya lazımdır. Amma məhz bugünkü şəraitdə. Bu mövsümə qədər isə Fərid Azərbaycan futbolunda ciddi bir iz qoymamışdı. Bakıda o yalnız perspektiv vəd edən oyunçu hesab olunurdu. Standardda isə parladı və yığma komandaya qədər də gəlib çıxdı. Heç şübhəsiz, Fərid bu gün Azərbaycanın ən yaxşı yerli mərkəz hücumçusudur. Bununla belə, onun bombardirlik qabilyyəti sumqayıtlılara kömək etmədi: Standard elə bu tur Premyer Liqanı rəsmən tərk etdi.

Dördüncü məqam. Əsl çempionlar OŞ, Simurq və Turandır. Daha doğrusu, ilk iki klub alternativsiz çempion, Turan isə liderliyi bölüşən komanda. Bu necə olur? Çox sadə. Bu gün 7-ci yeri tutan OŞ-un aktivində 33, Simurqda isə 31 xal var. Bəs liderlər  neçə xal toplayıb? XL 27, İnter və Qarabağ 26, Bakı isə 25. Deyə bilərsiniz ki, ilk “altılıq” hara, ikinci “altılıq” hara? Üstəlik, reqlament məsələsi var. Amma bütün normal çempionatlarda çempion adını mövsüm boyu ən çox xal toplamış  kollektiv qazanır. Və Azərbaycan çempionatının formatından xəbəri olmayan, ilk dəfə Premyer Liqanın turnir cədvəlinə baxan insanın fikrindən “Bunlar axmaqdır, yoxsa saya bilmir?” kimi ritorik və acı sual keçər.

Adı üstündə - baş-ayaq Premyer Liqa.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.