12 may 2010 13:30
Mahir Şükürov yalnız 3 komanda yoldaşından geri qaldı
Rusiya Premyer Liqasının 10-cu turunda Dinamo ilə görüşdə 90 dəqiqə mübarizə aparan Mahir Şükürov rusiyalı jurnalistlərdən yaxşı qiymət alıb. Azerisport.az xəbər verir ki, “Sport-Ekspress”, “Sovetski Sport” qəzetləri və championat.ru saytı Şükürova 5,5 bal verib. Müqayisə üçün qeyd edək ki, Anjinin ən yaxşıları Pekoviç, Josan və Mamayev hərəyə 6,0 bal alıblar.
