12 may 2010 19:00
Kim Neftçini növbəti çempion kimi görür?
Neftçinin braziliyalı legioneri, növbəti mövsüm də komandada qalacaq Joze Karlos klubun rəsmi saytına açıqlamasında bildirib ki, Neftçi gələn il çempion olacaq.
"Mənə elə gəlir ki, komandamızda yaxşı heyət formalaşdırılacaq. Neftçi 3-4 il idi ki, belə bir dəyişikliyə hazırlaşırdı. Rəhbərlik mənə inanıb, heyətdə saxladı. Təbii ki, məndə rəhbərlik və azarkeşlər önündə mənəvi borcumu yerinə yetirmək istəyirəm. İnanıram ki, gələn il məhz Neftçi çempionluğu bayram edəcək" – azerisport.az xəbər verir ki, Karlos belə deyib.
