13 may 2010 02:14

Atletikonun 48 illik həsrəti bitdi (YENİLƏNDİ)

Bu gecə UEFA Avropa Liqasının tarixində ikinci qalib komandanın adı məlum olacaq. Azerisport.az xəbər verir ki, Almaniyanın Hamburq şəhərində yerləşən “Nordbank Arena”da Fulhem (İngiltərə) və Atletiko Madrid (İspaniya) üz-üzə gəlirlər.

2009-cu il iyulun 2-də start verilən 2009/10-cu illər mövsümü Avropa Liqasında mübarizəyə Azərbaycan təmsilçiləri – Simurq və İnter də qoşulmuşdular. Təəssüflər olsun ki, zaqatalalılar İsraiinl Bney Yehuda klubuna (evdə 0:1, səfərdə 0:3), “bankirlər” isə Slovakiya təmsilçisi Trnava Spartakına hər iki görüşdə məğlub olaraq (səfərdə 1:2, evdə 1:3), mübarizəni ilkin mərhələdəcə dayandırmışdılar.

Bugünkü finalçı Fulhem də nə qədər qəribə səslənsə də, zirvə yürüşünə ikinci seçmə mərhələdən start verib. Əvvəlcə Vetra (Litva), ardınca isə Amkara (Rusiya) iki görüşün cəminə görən qalib gələn londonlular qrup turnirinə vəsiqə qazanıb, orada isə Roma (İtaliya), Bazel (İsveçrə) və ÇSKA (Bolqarıstan) komandaları ilə mübarizədə ikinci olaraq, 1/16 finala adlayıb. Fulhem Avropanı təəccübləndirməyə məhz buradan başlayıb. Diqqət yetirin: Şaxtyor (Ukrayna) - evdə 1:1, səfərdə 2:1; Yuventus (İtaliya) - səfərdə 1:3 evdə 4:1; Volfsburq (Almaniya) - evdə 2:1, səfərdə 1:0; Hamburq (Almaniya) – səfərdə 0:0, evdə 2:1!

Komandanın baş məşqçisi Roy Hocson isə ikinci dəfə UEFA Avropa Liqasının (buna qədər UEFA Kubokunun) finalında çıxış edəcək. Buna qədər o, 1997-ci ildə İnterlə bu turnirin həlledici görüşündə iştirak etmiş və Şalkeyə yenilmişdi.

Atletikonun turnir yolu bir qədər fərqli olub. Komanda mübarizəyə Avroliqada yox, ÇL-də başlayıb. 3-cü təsnifat mərhələsində Panatinaykosdan (Yunanıstan) güclü çıxaraq, qrup turnirinə vəsiqə əldə edib. Çelsi, Porto və APOEL-lə mübarizədə cəmi 3 xal toplayan kollektiv qrup 3-cüsü kimi (yalnız əlavə göstəricilərin hesabına) Avropa Liqasının 1/16 finalına yollanıb. Burada Qalatasarayı (evdə 2:1, səfərdə 1:1), Portuqaliya Sportinqini (evdə 0:0, səfərdə 2:2), həmyerlisi Valensiyanı (evdə 0:0, səfərdə 2:2) və Liverpulu (evdə 1:0, səfərdə 2:1) sıradan çıxararaq, finalda oynamaq hüququ qazanıb. Qəribədir, amma avrokuboklarda final oynayan bir kollektiv mövsüm ərzində keçirdiyi 16 görüşdə cəmi 4 (!) dəfə qalib gəlib.

***

 

ATLETİKO - FULHEM 2:1
Forlan, 32 (1:0); Deyvis, 37 (1:1); Forlan, 115 (2:1)
 
Matç başlandı.
 
Qol!!! Birinci hissədə rəqibindən daha fəal olan Atletiko hesabı açır. Kim fərqlənib? Əlbəttə ki, Dieqo Forlan! 32-ci dəqiqədə kubok Madird yollanmağa hazırlaşır.
 
Fulhem təslim olmadı! 37-ci dəqiqədə Saymon Deyvis Zoltan Geranın gözəl ötürməsini tamamladı. 1:1! Hələ birinci hissədə...
 
Fasilə.
 
İkinci hissə başlandı.
 
Atletiko fasilədən sonra daha fəal olsa da, qol vəziyyətlərinin sayı 0-ə bərabərdir. Hər şey əlavə vaxta aparır.
 
Matç başa çatdı. Əlavə dəqiqələr izləyəcəyik.
 
Əlavə 30 dəqiqə başlandı.
 
115-ci dəqiqədə Dieqo Forlan bəlkə də kuboku Madridə aparacaq qola imza atdı. Bu qolu görməyə dəyərdi. Uruqvaylı forvarda Serxio Aqueronun ötürməsini dabanla tamamladı - 2:1.
 
Matç başa çatdı. Atletiko 48 illik intizardan sonra bir Avropa kubokunu baş üzərinə qaldırdı!

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.