12 may 2010 00:08
Mahir Şükürov gücünü Dinamoya göstərdi
Mahir Şükürov əsas heyətə döndü və komandasına 1 xal qazandırdı. Azerisport.az xəbər verir ki, Rusiya Premyer Liqasının 10-cu turunda evdə Dinamo ilə qarşılaşan Anji meydançadan 1:1 hesablı bərabərliklə ayrılıb. Ötən tur Spartakla görüşü buraxan Şükürov bu dəfə start heyətində yer alıb və müdafiənin sağ cinahında çıxış edib. 90 dəqiqə boyunca komandasının ən fəallarından olan Mahirin qazanılan 1 xalda əməyi yüksək olub.
