12 may 2010 00:11
Azərbaycan yığmasının potensial futbolçusu Rusiyada diqqət mərkəzinə düşdü (VİDEO)
Bu gün Rusiya Premyer Liqasınn 10-cu turunda evdə Tomla qarşılaşan Saturn rəqibinə 1:2 hesabı ilə məğlub olub. Azerisport.az xəbər verir ki, 90 dəqiqə meydançada olan 17 yaşlı həmyerlimiz Emin Mahmudov 59-cu dəqiqədə, hesab 1:0 qonaqların xeyrinə olarkən, möhtəşəm imkanı qaçırıb. Futbolçu 3 metrlik məsafədən topu boş qapıdan keçirə bilməyib.
Saturn – Tom matçının videogörüntülərini izləmək üçün linkin üzərinə tıklayın.
