12 may 2010 00:30
Azərbaycanın 1 nömrəli stadionu (FOTO)
Azerisport.az-da daha bir sorğu başa çatıb.
Bir neçə gün ərzində “sizcə, Azərbaycanın ən yaxşı stadionu hansıdır” sualını cavalandıran respondenltlərin mövqeyi yekdil olub: Lənkəran stadionu. Səs verənlərin düz 60%-i məhz XL-in ev arenasını seçiblər. İkinci pillədə Tofiq Bəhramov adına Respublika stadionu (14%), üçüncü yerdə isə... realistlər qərarlaşıb. 14% respondent hesab edir ki, Azərbaycanda normal stadion yoxdur.
Digər arenalar isə mübarizəyə heç qoşula bilməyiblər. Diqqət yetirin: Sumqayıt – 3%, Gəncə - 2%, İmişli – 2%, Zaqatala – 1%, Yevlax – 1%. “Şəfa” isə, görünür, hamını bezdirib. Bu arenaya cəmi... 1 nəfər səs verib.
1% respondent isə öz variantını irəli sürüb. Görəsən, həmin 3 nəfər hansı arenaları nəzərdə tutub?
