13 may 2010 01:04
ŞOK!!! Fənərbaxça – Qalatasaray 18:1
Türkiyə mətbuatı maraqlı faktı ortaya çıxarıb. Azerisport.az xəbər verir ki, “Ajansspor” agentliyindən olan həmkarlarımız bu mövsüm Fənərbaxça və Qalatasarayın bu mövsüm 19 dəfə qarşılaşdıqlarını və bunların 18-də “sarı-lacivərdlilər”in üstün olduğunu “kəşf ediblər”.
Amma məsələ heç də tək futbolla yekunlaşmır. Fənərbaxça və Qalatasarayın Türkiyənin müvafiq çempionatlarında çıxış edən qadınlardan və kişilərdən ibarət basketbol və voleybol komandaları da var. Bununla belə, bu mövsüm Türkcell Superliqasında rəqibinə iki dəfə - həm evdə, həm də səfərdə qalib gələn Fənərbaxçanın digər növlər üzrə kollektivləri də əzəli rəqibindən aşkar üstün olub.
“Cim-Bom” yeganə qələbəni basketbolda qazanıb, qadınların Türkiyə kubokunun finalında qazanıb. Ümumi hesablar belədir.
Futbol
Fənərbaxça – Qalatasaray 3:1 (Türkcell Süperliqa)
Qalatasaray – Fənərbaxça 0:1 (Türkcell Süperliqa)
Basketbol (kişilər)
Qalatasaray Kafe Kraun – Fənərbaxça Ülkər 0:20 (texniki qələbə, Beko Basketbol Liqası)
Fənərbaxça Ülkər - Qalatasaray Kafe Kraun 81:77 (Beko Basketbol Liqası)
Basketbol (qadınlar)
Qalatasaray – Fənərbaxça 77:84 (Türkiyə Qadın Basketbol Liqası)
Fənərbaxça – Qalatasaray 76:62 (Türkiyə Qadın Basketbol Liqası)
Qalatasaray – Fənərbaxça 57:55 (Türkiyə Kuboku, final)
Fənərbaxça – Qalatasaray 57:51 (TBBL, pley-off, final seriyası)
Fənərbaxça – Qalatasaray 61:56 (TBBL, pley-off, final seriyası)
Qalatasaray – Fənərbaxça 78:82 (TBBL, pley-off, final seriyası)
Voleybol (qadınlar)
Fənərbaxça Acıbadəm - Qalatasaray 3:0 (Aroma 1-ci liqa)
Qalatasaray – Fənərbaxça Acıbadəm 0:3 (Aroma 1-ci liqa)
Qalatasaray – Fənərbaxça Acıbadəm 0:3 (Türkiyə Kuboku)
Fənərbaxça Acıbadəm - Qalatasaray 3:1 (Türkiyə Kuboku)
Fənərbaxça Acıbadəm - Qalatasaray 3:0 (Aroma 1-ci liqa, pley-off)
Qalatasaray – Fənərbaxça Acıbadəm 0:3 (Aroma 1-ci liqa, pley-off)
Qalatasaray – Fənərbaxça Acıbadəm 0:3 (Aroma 1-ci liqa, pley-off)
Voleybol (kişilər)
Fənərbaxça - Qalatasaray 3:2 (Aroma 1-ci liqa)
Qalatasaray – Fənərbaxça 1:3 (Aroma 1-ci liqa)
