13 may 2010 16:33
Gəncədən Naxçıvana: tələbələr də mübarizəyə başlayır
Mayın 14-də, saat 15:00-da «Şəfa» stadionunda Tələbə Liqasının açılış mərasimi keçiriləcək. Azerisport.az az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, mübarizə 4 qrupda gedəcək. A qrupunda Bakı Dövlət, İqtisad, Gəncə Dövlət və Azərbaycan, B qrupunda Bakı Biznes, Qafqaz, Beynəlxalq universitetlər və Hərbi Dəniz Akademiyası, C qrupunda Odlar Yurdu, Pedaqoji universitetlər, Neft və Aviasiya akademiyaları, Texniki, Naxçıvan Dövlət, Tibb və Bədən Tərbiyə və İdman Akademiyasının komandası yarışacaq.
