Bülənt Qorxmazdan Azərbaycana etiraz, tənqid, təəccüb və istehza
“Başlanğıcda problemlər yaşadıq. Çünki orada peşəkar liqa yox idi. Daha doğrusu, heç nə yox idi. Nə təsis, nə məşq meydançası... Bunu bilərək getdim, çünki orada bunları yaratsaydıq, daha xoşbəxt olardım, daha çox danışılacardıq. İlk vaxtlarda çox çətin idi. Nə qədər eyni dili danışdığımız kimi görünsə də, fərqli sözlər və fərqli mədəniyyət var Azərbaycanda. Davranış olaraq da fərqli insanlarıq. Amma ümumlikdə "Azərbaycanda fəaliyyətin yaxşı alındı" deyə bilərəm. Çox şey öyrətdiyimizə inanıram. Mən oraya gedəndə prezidentə üç məsələni qabartdım. Birincisi, baza yaradılmalıydı ki, oradan ayrılmazdan 15 gün əvvəl təsislər tamamlandı və açılışı oldu. Məşqlərimizi təbii meydançada keçirməyə başladıq. Sonra aşağı yaş komandasını təşkil edəcəyimizi söylədim. Bunu da bacardıq və ən çətin oyunlarda belə 17 yaşında iki gənc
"BAKIDAN AYRILDIĞIMA GÖRƏ TƏƏSSÜFLƏNİRƏM"
"Niyə alınmadı? Mənim istəmədiyim və atılması düzgün olmayan addımlar atmağa başladılar. Etiraz etdim, amma davam etdi. Son olaraq prezidentin qardaşı məndən xəbərsiz komanda ilə iclas keçirdi. Bu bir adi motivasiya toplantısı olsa, problem olmazdı. Amma toplantıda texnikadan, taktikadan danışıldı. Oyunçular arasında fərq qoyuldu, mənim
"Azərbaycanda maraqlı məqam var. Jurnalistlər yerli məşqçiləri, futbolçuları tənqid etmirlər. Legionerləri tənqid atəşinə tuturlar. Məsələn, Türkiyədə biz öz məşqçilərimizi və futbolçularımızı çox tənqid edirik. Amma Azərbaycan belə deyil. Futbolun
"Hər oyunda maksumum 100-200 adam gəlir. Evdə də, səfərdə də. Yalnız Lənkəranda hər oyuna 10-15 min azarkeş gəlir. Öz futbollarına maraqları azdır. Amma Türkiyənin bütün komandalarını, məşqçilərini, futbolçularını, prezidentlərini əzbər bilirlər. Bakıda plakatlar asılıb: “Milli futbolçularımızı tanıyaq”. Futbolçuların şəkillərini vurub adlarını yazırlar o plakatlara. Fikir verin, öz futbolçularını belə insanlar tanımır".
“Berti Foqtsla bir dəfə görüşmüşəm. Azərbaycan futbolu barədə danışmışıq. İşimizi yaxından izləyirdi. Amma digər məşqçilərlə görüşə bilmədim. Çünki şərait yoxdur. Qarabağ, Muğan kimi komandalar məşqlərini Bakıda keçirdirlər. Hər şey Bakıda mərkəzləşib”.
