13 may 2010 11:30
Azərbaycanlı hakim AÇ-nin final mərhələsində
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində keçiriləcək oyunlarda baş hakim köməkçilərindən biri FİFA laynsmanı Orxan Məmmədov olacaq. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
U-17-lərin Avropa çempionatının final mərhələsi 2010-cu il mayın 18-dən 30-dək Lixtenşteyndə keçiriləcək. Bu mərhələdə komandalar iki qrupda mübarizə aparacaq. A qrupunda Fransa, İspaniya, Portuqaliya və İsveçrə, B qrupunda isə Yunanıstan, Türkiyə, İngiltərə və Çexiya yığmaları çıxış edəcək.
