13 may 2010 11:41
Futzalda braziliyalılardan imtina edildi
Mayın 18-də və 19-da futzal üzrə Azərbaycan millisi Daşkənd şəhərində Özbəkistan yığması ilə yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, AFFA-nın rəsmi saytı komandanın bu oyunlar üçün açıqlanmış heyətini dərc edib. Milliyə aşağıdakı futbolçular çağırılıb: Marat Salyanski, Elnur Zamanov, Andrey Tveryankin, Rizvan Fərzəliyev, Vitali Borisov, Rəcəb Fərəczadə, Elnur Qəmbərov, Rüfət Balakişiyev, Elvin Quliyev, Hikmət Bağırov, Fərid Atakişiyev və Radik Əhmədov.
Göründüyü kimi, baş məşqçi Joze Alessio da Silva milliləşdirilmiş braziliyalı futbolçulardan imtina edib. Da Silva bunu yığmanın yaxın ehtiyat qüvvəsini sınamağın vacibliyi ilə əlaqələndirib.
