13 may 2010 12:22
CAR-da türmələri boşaldırlar. Azarkeşlər üçün...
Bu il futbol üzrə dünya çempionatını qəbul edəcək Cənubi Afrika Respublikasının rəhbərliyi maraqlı qərar verib. Azerisport.az İspaniyanın “Marca” nəşrinə istinadla xəbər verir ki, hüquq-mühafizə orqanları oyunların keçiriləcəyi şəhərlərdə yerləşən həbsxanalardakıl dustaqları DÇ dövründə digər şəhərlərin türmələrinə keçirəcək. Bu addım CAR-a gələcək futbol xuliqanları ilə mübarizə çərçivəsində atılıb.
Asayiş pozuntusu ilə bağlı bütün qərarlar Cənubi Afrikada 24 saat ərzində veriləcək. Xuliqanlar ya polis bölmələrindən, ya da həbsxanalarda saxlanılacaq.
