14 may 2010 15:00
Neftçi - SSRİ 3:3 (YENİLƏNDİ)
SSRİ idman ustası, SSRİ-nin əməkdar məşqçisi, professor Ələkbər Məmmədovun 80 illik yubileyi ilə əlaqədar keçirilən yoldaşlıq görüşündə birinci hissə başa çatıb. Azerisport.az xəbər verir ki, “Şəfa” stadionunda baş tutan görüşdə fasiləyə “ağ-qaralar” üstün yollanıblar – 1:0. Yeganə qolu Vəli Qasımov vurub.
Fasilədən sonra daha şən oyunun şahidi olduq. Əvvəlcə Vəli Qasımov het-trikini rəsmiləşdirərək, hesabı 3:0-da çatdırdı. Amma belə oyunların heç-heçə başa çatmaması günah olardı. Bir-birinin ardınca Arkadi Belıy və Sergey Kiryakovla (2) üç dəfə fərqlənən SSRİ yığması status-kvonu bərpa etdi.
Neftçi – SSRİ 3:3
