14 may 2010 15:13
Qurban Qurbanov Qarabağı necə məyus edib?
Qarabağın rəsmi saytı Neftçi ilə oyun ərəfəsində bəzi statistik məqamları dərc edib. Azerisport.az xəbər verir ki, indiyədək keçirilən 53 oyunun 16-da Qarabağ, 15-də isə Neftçi qalib gəlib. Ən maraqlı məqam ondan ibarətdir ki, indiyədək bu görüşlərdə Qarabağın qapısından ən çox top keçirmiş futbolçu komandanın hazırki baş məşqçisi Qurban Qurbanovdur. O, “ağ-qara” formada 5 dəfə fərqlənib.
Bundan əlavə, Neftçi sonuncu dəfə Ağdam klubuna 3 il əvvəl, 2007-ci il aprelin 27-də ölkənin ən titullu klubuna məhz Qurbanov rəhbərlik edib.
