14 may 2010 15:50
“Dərhal görünür ki, Şükürov səviyyəli futbolçudur”
Rusiyalı veteran futbolçu, SSRİ yığmasının heyətində Bakıya gələn və Neftçi veteranları ilə yoldaşlıq görüşündə iki qol vuran Sergey Kiryakov Anjinin şərəfini qoruyan Mahir Şükürov barədə fikirlərini bölüşüb.
“Hələ ki, onun komandası uğurlu çıxış edə bilmir. Amma dərhal görünür ki, Mahir Şükürov yüksək səviyyəli futbolçudur. Anjidə də özünü ən yaxşı tərəfdən göstərəcək” – azerisport.az-ın müxbiri ilə söhbətində Kiryakov belə deyib.
