14 may 2010 17:03

Oyanmayan nostalji hisslər və ədalətsiz futbol

SSRİ yığması yenə Bakıya gəldi. Bakı yenə Çivadze, Şengeliya, Buryak və Demyanenkoya tamaşa etdi. Bu dəfə də onları alqışladı. Amma bir qədər fərqli formada.
 
Azerisport.az xəbər verir ki, bu gün “Şəfa” stadionunun süni meydançasına qırmızı rəngli formada çıxan futbolçuların əksəriyyətini bu sətirlərin müəllifi necə deyərlər, iş başında izləməyib. Bunun üçün o kifayət qədər gəncdir. Yuxarıda adı çəkilən “dördlük” karyerasını başa vuranda bəndəniz nəinki jurnalistikaya gəlməmişdi, hətta futbolun nə olduğunu da yaxşı qavramırdı. Amma bu nəyisə dəyişirmi?
 
İllər keçdi, vədə yetişdi və bu sətirlərin müəllifi Anatoli Demyanenko ilə bir stol arxasında oturub futbol barədə söhbətləşdi. Bu, adi müsahibə idi, jurnalist – baş məşqçi söhbəti. Və bu söhbət diktofonla “silahlanmış” gənc jurnalistdən çox onun atasına, əmilərinə, dayılarına, özündən əvvəlki nəsillərə və… Neftçi azarkeşlərinə lazım idi. Demyanenko 2000-ci illərdə yaşayan futbol azarkeşləri üçün adi Neftçinin adi baş məşqçisi idi. 70-80-ci illərdə gənc olanlar üçün isə kumir idi.
 
Bax, indi də, 80 yaşı tamam olan Ələkbər Məmmədov ad-soyadı bizə heç nə demir. Nə bilirik Ələkbər Məmmədov barədə? Neftçidə oynadığını, Moskva Dinamosunda çıxış etdiyini, “Şöhrət” ordeni aldığını və bir də nə vaxtsa əfsanəvi “San Siro”da əfsanəvi Milanın qapısından bir hissəyə 4 top keçirdiyini. Arxivlərdə də bu kadrlar qalmayıb və bu sətirləri oxuyanların böyük əksəriyyəti, bəlkə də 100%-i Ələkbər Məmmədovun necə futbolçu olduğunu, necə texnikaya malik olduğunu, onminlərlə azarkeşi öz oyunu ilə necə ekstaz halına saldığını bilimir. Mən də sizlərdən biriyəm, mən də bilmirəm. Amma bunu gəncliyi 50-ci illərə təsadüf edənlərdən soruşun…
 
Bu gün “Şəfa” stadionuna bizim də kumirlərimiz çıxdı. 80-90-cı illərin Spartakına, Kiyev və Tbilisi Dinamosuna, 90-cı illərin Azərbaycan yığmasına dəli kimi azarkeşlik edənlər Leonid Buryak, Anatoli Demyanenko, Aleksandr Çivadze, Dmitri Ananko, Sergey Kiryakov, Axrik Tsveyba, Vəli Qasımov, Musa Qurbanov, Arif Əsədovun oyununa bir daha tamaşa etdi. Bu dəfə canlı. Bəlkə də sürət həmin sürət deyil, amma bizim üçün futbol yalnız sürət və texnika ilə məhdudlaşırmı? “Şəfa” stadionunun süni meydançasında top qovan, fiziki formasını itirmiş, ləng, amma əvvəlki tək yüksək texnikaya malik futbolçular hər şeydən əvvəl bizim üçün birvaxtlar əlçatmaz olan şəxsiyyətlər deyilmi?
 
Və bu gün Vəli Qasımovla,  Arif Əsədovla, Asif Əliyevlə, Sergey Kiryakovla, Aleksandr Panovla söhbətləşənlər, qəzetlərə, informasiya portallarına, televiziyalara müsahibə alanlar peşə borcunu yerinə yetirməklə yanaşı, bir qədər gəncliyinə, uşaqlığına qayıdır və vaxtilə şöhrətin zirvəsində olan bu oyunçuları yaxından görmək üçün hər şeyi verməyə hazır olduğunu xatırlayır.
 
Bəlkə də biz bir qədər şişirdirik, bəlkə də Tsveyba, Panov, Kiryakov, elə həmin Demyanenko, Buryak soyadları Avropa azarkeşinə heç nə demir. Amma SSRİ-nin keçmiş vətəndaşları olanlar - biz bu siyahıya daxil deyilik. Şəxsən məndə qarşısında “SSRİ” abbreviaturası həkk olunan qırmızı forma heç bir nostalji hissləri oyatmasa da, bizim də vaxtilə bunun bir parçası olduğumuzu, atalarımızın, əmilərimizin, dayılarımızın bu formanı müqəddəs hesab etdiyini xatırlayanda təəssüflənirəm. Təəssüflənirəm ki, futbol qanunları bu qədər ədalətsizdir, sərtdir. Və dünənki nəslin kumiri olan Anatoli Demyanenko bugünkü nəsil üçün adi Neftçi komandasının adı, özü də sabiq baş məşqçisidir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.