15 may 2010 00:01
Bu dəfə də Rusiya güclü çıxdı
Türkiyənin Alanya şəhərində FİFA, Türkiyə Futbol Federasiyası və Beynəlxalq Çimərlik Futbol Federasiyası tərəfindən təşkil olunmuş «Alanya Cup 2010» turnirində iştirak edən Azərbaycan yığması bu gün Rusiya ilə qarşılaşıb və rəqibinə 3:4 hesabı ilə məğlub olub. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, komandamızdan qolları Müslüm Hüseynov, Elşad Quliyev vəRenat Sultanov vurublar.
Xatırladaq ki, ilk turda Azərbaycan yığması Türkiyəyə 3:5 hesabı ilə yenilmişdi.
