14 may 2010 00:01
Azərbaycan Türkiyəyə bu dəfə də yenildi
Türkiyənin Alanya şəhərində FİFA, Türkiyə Futbol Federasiyası və Beynəlxalq Çimərlik Futbol Federasiyası tərəfindən təşkil olunmuş «Alanya Cup 2010» turnirində bu gün I turun oyunları keçirilib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Türkiyə yığması ilə qarşılaşan Azərbaycan millisi 3:5 hesabı ilə məğlub olub. Komandamızın heyətində Emin Kürdov, Seymur Məmmədov və Zeynal Zeynalov fərqləniblər.
