ÇL-in qrup mərhələsinin iştirakçısı Neftçidə (FOTO)
Bir neçə gün əvvəl legionerlərin əksəriyyəti ilə yollarını ayıran Neftçi onların əvəzinə yenilərini gətirir. Azerisport.az xəbər verir ki, komandada hazırda Latviya yığmasının qolkiperi Denis Romanovs baxışdan keçir. Lent.az-ın məlumatına görə, 31 yaşlı qapıçı bir neçə gün “ağ-qaralar”ın düşərgəsində olacaq. Bundan sonra onunla bağlı son qərar veriləcək.
Karyerasına 1996-cı ildə Skontoda başlayan Romanovs ardınca Valmiera, Ventspils və Dittonun şərəfini qoruyub. 2007/08 mövsümü Styaua (Rumıniya), sonuncu ili isə Slaviyada (Çexiya) keçirib. Son iki komandadan ehtiyat qapıçı olub və üst-üstə 15 oyun keçirib. Styaua ilə ÇL-in qrup mərhələsində çıxış edib. 2004-cü ildən Latviya yığmasına cəlb edilən Romanovs orada Aleksandr Kolenko və Andreys Vaninslə rəqabəti uduzur. 6 il ərzində Denis cəmi 3 dəfə Latviya yığmasının formasında meydançaya çıxıb.
