14 may 2010 00:18
Joze Mourinyo: Bəli, mən Realda işləyəcəyəm
İtaliya İnterinin baş məşqçisi Joze Mourinyo günlərin bir günündə Madrid Realında çalışacağını etiraf edib.
«Bir ayağımla İspaniya, digəri ilə Milanda olduğum barədə deyilənlər yalandır. Bəli, mən nəvaxtsa Realda işləyəcəyəm. Çünki İngiltərənin böyük klubunda çalışmışam, indi İtaliyanın böyük klubunun baş məşqçisiyəm. Sonra İspaniyada olacağam” – azerisport.az “The Guardian” nəşrinə istinadla xəbər verir ki, Mourinyo belə deyib.
