Azərbaycan klublarının hədəfində olan möhtəşəm braziliyalı (FOTO, VİDEO)
Azərbaycan çempionatında daha bir braziliyalı futbolçu peyda ola bilər. Azerisport.az xəbər verir ki, başa çatan Gürcüstan çempionatında Rustavi Olimpisi ilə ölkə çempionu olan Anderson Anqus Akinyo yeni mövsümü Azərbaycanda keçirə bilər. 1986-cı ilə təvəllüdlü hücumçu bu mövsüm Gürcüstan çempionatında keçirdiyi 27 oyunda 23 qol vurub və birinciliyin ən yaxşı bombardiri olmaqla komandasının çempionluğuna böyük töhfə verib. Cərimə zərbələrini ustalıqla yerinə yetirən Akinyonun boyu 174 sm-dir, buna qədər vətənində Sport Resife, Qoyas və Atletiko Paranaense klublarının şərəfini qoruyub.
Aldığımız məlumata görə, futbolçu ilə Simurq, Neftçi və Bakı maraqlanır. Zaqatala təmsilçisi bu ilin qışında Andersonu sıralarına qatmaq istəsə də, futbolçunun Olimpidə icarə əsasında çıxış etməsi, müqavilə ilə isə 2010-cu ilin sonuna qədər Braziliyanın Atletiko Paranaense klubuna məxsus olması planları pozub. Akinonun yayda ölkəmizə gəlməsi istisna deyil. Onunla Minskin Dinamo və Rusiya çempionatının bir neçə klubu maraqlanır.
Anderdsonun Braziliya çempionatında vurduğu qollar burada.
