14 may 2010 00:32

Bakı ilə XL danışığa gedəcəkmi?

Artıq sabah axşam növbəti Azərbaycan çempionunun adı məlum olacaq. Azerisport.az xəbər verir ki, mayın 15-də ya XL, ya Qarabağ, ya İnter tarixində ikinci çempionluğunu qazanacaq, ya da Bakı Kəpəz, Şəmkir və Neftçidən sonra ardıcıl iki dəfə qızıl medal qazanan dördüncü kollektivə çevriləcək.
 
Amma bu yazının məqsədi titulların hesablanması deyil. Bu materialın bir mərkəz nöqtəsi var. Həmin nöqtədə cəmi bir sual dolaşır. Və bütün cavablar bu suala bir vahimə, bir şərəfsizlik, bir murdarlıq gətirir.
 
“Bakı ilə XL danışığa gedəcəkmi?”
 
Biz bu suala cavab vermək istəmirik. Çünki tarix özü cavabı bizim qarşımıza qoyacaq. Amma hər iki kluba tribuna verdik. Buyurun, oxuyun.
 
Zeynal Məmmədov, Bakının baş meneceri: “Şənbə gününü gözləyirik və çempion olacağımıza ümid edirik. Əlbəttə, başa düşürük ki, taleyimiz öz əlimizdə deyil. Amma Lənkəranda maksimal nəticə ilə dönməliyik. Mətbuatda yazırlar ki, guya Bakı bu oyunu verəcək ki, UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsindən mübarizəyə başlasın. Sizə inandıram: belə şey ola bilməz, bu, mümkünsüzdür! Oyunumuzu televiziya canlı yayımlayacaq və hamı görəcək ki, bunlar boş söhbətlərdir. Bakı idman prinsiplərini dəstəkləyir və onları pozmaq niyyətində deyil. Yalnız qələbəyə oynayacağıq”.
 
Ağasəlim Mircavadov, XL-in baş məşqçisi: “Eşitmişəm ki, Bakı ilə XL-in danışığa gedəcəyi barədə yazılar dərc olunur. Amma bundan söhbət belə gedə bilməz, çünki ortada çempionluq məsələsi var. Bunu heç şərh etmək də istəmirəm. Bu, hörməti olan klublarən fəaliyyətinə kölgə salır. Mənə yalnız ədalətli çempionluq lazımdır. Əminəm ki, Bakıya da”.
 
...Gözləyək. Saxtanı gizlətmək mümkün deyil. Saxta heç vaxt orijinal ola bilməz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.