14 may 2010 00:37
Azərbaycanla oyuna 6 "azərbaycanlı" ilə
Moldova yığmasının baş məşqçisi Qabi Balint Avstriyada keçiriləcək toplanışda iştirak edəcək və mayın 26-da yoldaşlıq görüşündə Azərbaycanla üz-üzə gələcək futbolçuların siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, 22 oyunçudan 6-sı Azərbaycan klublarının şərəfini qoruyur: Vadim Borets, Aleksey Savinov, Vyaçeslav Sofroni (hamısı Bakı), Sergey Laşenkov, Anatoli Doroş (hər ikisi Olimpik-Şüvəlan) və Denis Kalinkov (XL).
