15 may 2010 19:11

İnter - çempion!!! (YENİLƏNDİ)

Bu gün “Unibank” Premyer Liqasında ilk “altılıq”da mübarizəyə yekun vuruldu. Azerisport.az xəbər verir ki, Qəbələni məğlu edən İnter Azərbaycan çempionu oldu.
 
 
 
 
 
 
XL – BAKI 0:1
Matç başlandı.
Və... Heç kəs bunu gözləmirdi! Lənkəran şokda! Aleksandr Şoliç 28-ci dəqiqədə möhtəşəm qola imza ataraq... İnteri çempionluğa bir qədər də yaxınlaşdırır.
Fasilə.
İkinci hissə başlandı.
Lənkəranda mənzərə dəyişməyib. XL çox hücum edir, amma qol vəziyyəti yoxdur. Komandanın iki top vuracağı inandırıcı görünmür. Beləcə, XL öz azarkeşləri qarşısında çempionluq ümidləri ilə vidalaşır.
Matç başa çatdı.
 
NEFTÇİ – QARABAĞ 0:0
Matç başlandı.
Neftçinin gənc və yerli futbolçulardan qurulmuş heyəti daha təcrübəli Qarabağa yaxşı müqavimət göstərir. Hələ ki, hesab açılmayıb.
Fasilə.
İkinci hissə başlandı.
Qarabağ hələ k, fərqlənə bilməyib. İndiki nəticələr İnteri çempion edir. Amma Qarabağ cəmi 1dəfə fərqlənərsə, məsələni "Qızıl oyun"a apara bilər.
Matç başa çatdı.
 
 İNTER – QƏBƏLƏ 4:1
Matç başlandı.
Bu dəqiqə üçün İnter çempiondur. Matçın 16-cı dəqiqəsindı Qəbələnin qapısına təyin olunan penaltini Pater Zlatinov dəqiqə yerinə yetirib. 1:0.
41-ci dəqiqədə Robertas Poşkus İnterin ikinci qolunu vurub. Bu oyunda artıq intriqa ölüb. Çətin ki, "bankirlər" bu üstünlüyü əldən buraxsın. İndi komanda digər matçların elə indiki kimi çaşa çatmasını arzulayır.
Fasilə. 
İkinci hissə başlandı.
Dərhal İnter 3-cü qolu vurdu. Robertas Poşkus dublunu rəsmiləşdirdi.
Poşkus het-trikə imza atır. Tarix təkrarlanacaqmı? Yadınızdadırsa, 2008-ci ildə də İnter Qəbələni son turda 4:0 hesabı ilə məğlub edib çempion olmuşdu...
Son dəqiqələrdə Qəbələ fərqləndi.
Matç başa çatdı. Və İnter 2009/10-cu illər mövsümündə Azərbaycan çempionluğunu bayram edir!!!
 
Turnir vəziyyəti
 
İlk “altılıq”: İnter - 29, Bakı  28, XL, Qarabağ – 27, Neftçi – 23, Qəbələ - 20.
 
İkinci “altılıq”: OŞ – 33, Simurq – 31, Muğan – 27, Turan – 26, Standard – 22, Karvan – 13.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.