15 may 2010 13:18
Neftçi bir neçə braziliyalı futbolçu ilə danışıq aparır
Futbolçu seçimi ilə bağlı Braziliyada olan Neftçinin vitse-prezidenti Tahir Süleymanov və seleksiyaçı-məşqçi Bəxtiyar Musayevin səfəri davam edir. Azerisport.az xəbər verir ki, onlar mayın 15-16-da da Braziliya A seriyasında növbəti turun oyunlarını izləyəcəklər. Hazırda flaqman rəhbərliyi bir neçə futbolçu ilə danışıqlar aparır. Klubun rəsmi saytı Neftçiyə yalnız A seriyasında oynayan futbolçuların transfer ediləcəyini yazıb.
